Sözçü, jurnalistlərə qarşı zorakılıqla mübarizə və beynəlxalq səviyyədə bu məsələyə son qoyulması günü ilə bağlı keçən həftəki iclasın əhəmiyyətini qeyd edərək, son bir ildə jurnalistlərin ciddi cinayətlərə məruz qaldığını bildirib. O, Sionist rejimin törətdiyi cinayətlərdən dolayı Qəzza və Livanda həyatını itirənlərə hörmətlə yanaşdıqlarını da əlavə edib.
Bəqayi, İranın Almaniyadakı konsulluq işçilərinin ölkədən çıxarılması ilə bağlı danışaraq, indiyə qədər heç bir çıxarılma baş vermədiyini, Tehran və Berlin arasında davamlı təmasların olduğunu bildirib. O, Almaniyanın bu məsələyə dair reaksiyasını qəbuledilməz hesab etdiyini vurğulayıb. İranın yurisdiksiyasına aid məsələyə və İran vətəndaşı olan və çoxsaylı terror cinayətləri, belə ki, bunun bir nümunəsi də Şiraz cinayətidir, törətmiş şəxsə Almaniyanın reaksiyası qəbuledilməzdir.
Bəqayi davam etdi: Məhkəmə prosesi şəffaf və ədalətli keçdi və törədilən cinayət ağır cinayətlər kateqoriyasında idi və qanunlarımıza görə onun cəzası aydındır. Almaniyada yaşayan iranlıların dəstəyi ilə bağlı Xarici İşlər Nazirliyində və digər əlaqədar qurumlarda onlara konsulluq xidmətlərinin göstərilməsi prosesini təmin etmək üçün görüşlər keçirilib və biz bu məsələni izləyirik.
Xarici İşlər Nazirliyinin sözçüsü, Qərb tərəfinin tətik mexanizmini işə salma ehtimalı ilə bağlı da fikirlərini ifadə edərək, 2231 saylı qətnamədəki mexanizmlərə müraciət üçün heç bir bəhanə olmadığını qeyd edib. O, İranın Birgə Hərtərəfli Fəaliyyət Planı öhdəliklərinə sadiq qaldığını bildirib. Bizim hərəkətlərimiz Trampın addımından bir il sonra həyata keçirildi və BHFP-nın məzmununda balansı qaytarmaq üçün qarşı tərəfin hərəkətlərinə reaksiya verdik və Avropa tərəfinin səhlənkarlığına və öhdəlikləri yerinə yetirməməsinə görə kompensasiya etdik.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Biz hesab edirik ki, Amerikanın regionda olması qeyri-sabitliyə səbəb olur. Xarici siyasətimizin sabit prinsiplərindən biri həmişə o olub ki, region xarici qüvvələrin, o cümlədən ABŞ-ın iştirakı ilə üz-üzə qaldıqca, gərginlik olacaq. Bu məsələ özümüzü müdafiə etmək əzmimizə təsir etmir, lakin region ölkələrinin regionun təhlükəsizliyini təmin etmək üçün birgə fəaliyyət göstərməsi zəruridir.
Bəqayi deyib: İran öz milli suverenliyi və ərazi bütövlüyünün pozulmasına ən sərt tonda cavab verəcək.
O əlavə edib: Kütləvi qırğın silahlarının qəbuledilməz olduğunu bildirmək və İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı rəsmi mövqeyimiz aydındır və eyni zamanda, Ali Rəhbəri Ayətullah Xameneinin dediyi kimi, biz İranı müdafiə etmək üçün lazım olan hər şeylə təchiz edəcəyik.
Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib: İran son bir neçə onillikdə narkotiklərlə mübarizədə ən çox şəhid verən ölkə olub və biz narkotik vasitələrlə ciddi və hərtərəfli mübarizə aparırıq və öz gücümüzü artırmaq üçün qonşu ölkələrlə əməkdaşlığımızı artırmaq lazımdır. Türkiyə də bu məsələdə istisna deyil.
Türkiyənin silahları qadağan etməklə sionist rejimin cinayətlərini dayandırmaq təşəbbüsü ilə bağlı Bəqayi deyib: Biz bu məsələyə imza atan əlliyə yaxın ölkədən biri idik; Sionist rejiməin silahlandırılmasının qadağan edilməsi tələbinin hüquqi və humanitar əsasları var. Biz sionist rejimin cinayətlərinin dayandırılması üçün istənilən təşəbbüsü alqışlayır və dəstəkləyirik.
Bəqayi dedi: Amerika seçkiləri bu ölkənin xalqı ilə bağlıdır və onların icrası bizim üçün vacibdir. Onların davranışlarını yoxlayırıq. İki tərəfin qarşıdurmasının tarixi göstərir ki, Amerika dövlət xadimləri arasında İrana qarşı davranış və yanaşma baxımından çox da fərq olmayıb.
Sizin rəyiniz